Yunanıstanda COVID-19 pasportu olmayanlara qadağalar qoyulacaq

19-11-2021, 08:53           
Yunanıstanda COVID-19 pasportu olmayanlara qadağalar qoyulacaq
Gələn həftədən Yunanıstan hökuməti COVID-19-a qarşı peyvənd olunmamış insanlar üçün daha sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə ölkənin baş naziri Kiriakos Mitsotakis məlumat verib.

Mitsotakisin televiziya ilə xalqa müraciətində deyib ki, peyvənd olunmamış sakinlərə kinoteatrlara, muzeylərə və idman zallarına getmək qadağan ediləcək. Yeni qaydalar noyabrın 22-dən qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, peyvənd olunmamış insanlar koronavirus testi mənfi olsa belə, artıq qapalı ictimai yerlərə gedə bilməyəcəklər. Hazırda peyvəndi olmayan insanların yalnız iaşə obyektlərinə getməsi qadağandır.

Bundan əlavə, 60 yaşdan yuxarı peyvənd edilmiş sakinlər üçün sertifikatın qüvvədə olma müddəti 7 aya endiriləcək. Bu müddət bitdikdən sonra onlara COVID-19-a qarşı buster doza almaq üçün bir ay vaxtı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru