ABŞ iranlı hakerlərlə bağlı məlumata görə 10 milyon dollar vəd edir

19-11-2021, 10:02           
ABŞ iranlı hakerlərlə bağlı məlumata görə 10 milyon dollar vəd edir
ABŞ Dövlət Departamenti 2020-ci il prezident seçkilərinə təsir göstərməyə cəhd edən “hökumət üçün işləyən iranlı hakerlər” haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti Tvitterdə məlumat yayıb.

“10 milyon dollara qədər mükafat veriləcək. Bu hakerlər 2020-ci ildə ABŞ-da keçiriləcək seçkilərə təsir etmək üçün İran hökuməti üçün işləyiblər”, - deyə məlumatda bildirilir. Dövlət Departamenti Tvitterdə həmçinin Seyid Hüseyn Kazımi və Səhhət Kaşiani adlı iki hakerin fotosunu da yayaraq onlar haqqında məlumat gözlədiklərini elan edib. Məlumata görə, sözügedən şəxslər seçki kampaniyasına təsir göstərmək və seçiciləri qorxutmaq üçün serverləri və e-poçt hesablarını ələ keçirməyə cəhd ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru