Milyarder sərvətini bağışlamaq istəyir: “Pula ehtiyacım yoxdur”

19-11-2021, 11:58           
Milyarder sərvətini bağışlamaq istəyir:
Dünyanın ən böyük kriptovalyuta fond bazarından bir “Binance”ni qurucusu və baş direktoru Cangpeng Zhao sərvətinin 99 faizini bağışlamaq istəyir.

Teleqraf.com xəbər verir ki, milyarder Rokfellerlər ailəsindən bəri bir çox sahibkarların etdiyi kimi, sərvətinin böyük hissəsini bölüşdürmək qərarına gəldiyini açıqlayıb.

O, iqtisadi cəhətdən müstəqil olduğunu və çox pula ehtiyac duymadığını bildirib: “Məqsədim sərvətimin 90, 95 və ya 99 faiz verməkdir”.

“Binance” səhmlərinin əksəriyyətinə sahib olan Cangpeng Zhaonun 2 milyard dollar sərvətinin olduğu təxmin edilir. “Binance”in təxmini dəyərinin 300 milyard dollar olduğu ehtimal olunurr. Bu o deməkdir ki, milyarderin sərvəti 200 milyard dollardan çox ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru