“ABŞ müdafiəmə qalxmasa, faciə olacaq” - Mixeil Saakaşvili

19-11-2021, 18:17           
“ABŞ müdafiəmə qalxmasa, faciə olacaq” - Mixeil Saakaşvili
“Əgər ABŞ mənim müdafiəmə qalxmasa, bu, regiondakı bütün qərbyönlü liderlər və xalqlar üçün faciəvi siqnal olacaq”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili vəkilləri vasitəsi ilə “Bloomberg” nəşrinə göndərdiyi qeydlərində bildirib.

M. Saakaşvili yerli özünüidarəetmə seçkilərindən öncə ölkəsinə qayıtmasını hökumətin bəyanatlarının Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzvlük məqsədlərini tərk etməsinə onu inandırması ilə əlaqələndirib.

M. Saakaşvili həbsdə fiziki zorakılığa məruz qaldığını və digər məhbuslar tərəfindən təhqir edilməsinə yol verildiyini vurğulayıb.

Qeyd edək ki, 53 yaşlı sabiq Prezident M.Saakaşvili Gürcüstana qeyri-qanuni yollarla qayıtdıqdan sonra oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilərək 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə nəql edilib. Həbs edilməsinə etiraz olaraq aclıq aksiyasına başlayan sabiq Prezident səhhətindəki problemlərlə əlaqədar noyabrın 8-də helikopterlə iradəsinin ziddinə olaraq Qldani Penitensiar xəstəxanasına köçürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru