Milyarderin yüz arzusundan biri: KOSMOSDA BADMİNTON OYNAMAQ

20-11-2021, 07:01           
Milyarderin yüz arzusundan biri:
Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək heyət Qazaxıstana gəlib.

Lent.az-ın “Roskosmos”a istinadla xəbərinə görə, rus kosmonavt Aleksandr Missurkin, yaponiyalı milyarder Yusaki Maezava və onun köməkçisi Yozo Hirano artıq Baykonurdadırlar.

Onlar Moskvadakı hazırlıq mərhələsini başa vurublar. Həftə sonu gələcək kosmonavtlar “Soyuz” kosmik gəmisinin iş rejimi ilə tanış olacaqlar. Bundan sonra növbəti intensiv təlimlər başlayacaq. Yaponiyalılar BKS-də 12 gün qalacaqlar.

Maezava jurnalistlərə bildirib ki, BKS-də 100 iş həyata keçirməyi planlaşdırıb. Əsas arzusu isə çəkisizlik şəraitində badminton oynamaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru