ABŞ “Taliban”ın legitimliyini tanımaq üçün şərtini açıqladı
20-11-2021, 08:38
“Taliban”ın legitimliyinin tanınması məsələsi hərəkat üzvlərinin terrorla mübarizəsi, inklüziv hökumət formalaşdırılması və Əfqanıstanda azlıqların hüquqlarına hörmətdən asılıdır.
Bu barədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest danışıb.
Onun sözlərinə görə, ABŞ bundan sonra da “Taliban”la bağlı açıq siyasət aparmağa davam edəcək.