Rusiya və Çin Yapon dənizi üzərində hava patrulu həyata keçirdi
20-11-2021, 09:02
Rusiya və Çin birgə hava patrulu həyata keçirib.
Bu barədə Rusiya Müdafiə Naziri bildirib.
Rusiya müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinə Çinlə Yapon və Şərqi Çin dənizləri üzərində uğurlu birgə hava patrulu haqqında hesabat verib.
Bombardımançılarla birgə patrulun üçüncü dövlətlərə qarşı yönləndirilmədiyi qeyd edilir.