Avstriya vaksinasiyanı hamı üçün məcburi elan etdi

20-11-2021, 09:14           
Avstriya vaksinasiyanı hamı üçün məcburi elan etdi
Avstriya kansleri Aleksandr Şellenberq 2022-ci il fevralın 1-dən koronavirusa qarşı məcburi peyvəndin tətbiq ediləcəyini açıqlayıb.

“Bu gün biz məcburi peyvəndi çox tez tətbiq etmək barədə çətin bir qərar verdik. O, 2022-ci il fevralın 1-dən etibarən qüvvəyə minməlidir”, - deyə Şellenberq hökumət və regional hakimiyyət orqanları ilə görüşdən sonra mətbuat konfransında bildirib.

O, həmçinin bazar ertəsindən etibarən hamı üçün maksimum 20 gün müddətinə milli lokdaun tətbiq ediləcəyini açıqladı. Onun sözlərinə görə, peyvənd olunmayanlar üçün karantin rejimi əhalinin peyvənd etməyə hazırlığını artırıb, lakin bu kifayət deyil.

Qeyd edək ki, Kosta Rikada 5-11 yaş arası uşaqlar üçün COVID-19 peyvəndini məcburi edib. Tacikistanda isə yaşı 18-i keçmiş bütün vətəndaşlar üçün COVID-19 əleyhinə vaksinasiya məcburidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru