Makron: Böyük Britaniya əsəblərimizlə oynayır

20-11-2021, 08:44           
Makron: Böyük Britaniya əsəblərimizlə oynayır
Böyük Britaniya əsəblərimizlə oynayır.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Londonun bütün fransız balıqçılarına Britaniyanın ərazi sularında balıq tutmaq üçün lisenziya verməməsindən danışarkən deyib.

Breksit razılaşmasının həyata keçirilməsində problemlər yaşadıqlarını deyən Makron fransalı balıqçıların hamısına lisenziya verilməməsinin səbəblərini başa düşə bilmədiklərini vurğulayıb.

Makron bu məsələnin təkcə Fransaya deyil, Belçika, Niderland, Almaniya və Norveçə də aid olduğunu bildirib.
Mübarizəni davam etdirəcəklərini və balıqçılarını tək qoymayacaqlarını dilə gətirən Makron Avropa Birliyi Komissiyasının bu mövzuda hərəkətə keçməsini istədiklərini bildirib.

"Böyük Britaniya müqavilələr imzalayıb və onlara hörmət etməlidir. Bu gün Britaniya onlara hörmət etmir. Mən bunu (Britaniya Baş naziri) Boris Consona açıq şəkildə bildirdim", - Makron bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru