Polşa-Belarus sərhədində toplaşan miqrantlar geri qayıdır

20-11-2021, 10:45           
Polşa-Belarus sərhədində toplaşan miqrantlar geri qayıdır
Polşa-Belarus sərhəddindəki miqrant böhranı yavaş-yavaş səngiyir. Avropaya keçmək üçün bura üz tutanların nəzərəçarpan hissəsi geri qayıtmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, təkcə İraqa 430 miqrant yola düşüb. Minsk hava limanından havaya qalxan təyyarə sərnişinlərdən 390-nı Ərbildə, qalanını Bağdadda mənzil başına çatdırıb.

Bir müddət əvvəl Belarus Polşa və Almaniyadan 2 min miqrant üçün humanitar dəhliz açmağı xahiş etmişdi. Minsk gəlmələrin Almaniyaya keçməsinə şərait yaradılmasını istəmişdi.

Son bir ayda Polşa-Belarus sərhədində vəziyyət çox gərginləşmişdi. Polşa sərhədçiləri miqrant axınının qarşısını almaq üçün sərt tədbirlərə əl atmalı olurdu. Gəlmələr də güc tətbiq etməkdən çəkinmirdi. Ölənlər, yaralananlar olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru