Timoşenko rəsmiləri günahlandırır

20-11-2021, 10:31           
Timoşenko rəsmiləri günahlandırır
Ukraynada enerji böhranı süni şəkildə yeraltı anbarlara qazı vaxtında vurmayan və ölkəni kömürlə təmin etməyən məmurlar tərəfindən yaradılıb. SİA xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko “Ukrayna 24” telekanalının efirində söyləyib.

"Bu böhran süni şəkildə yaradılıb. Ölkəni belə vəziyyətə salmaq əmri alan hər bir məmurun soyadını, adını, atasının adını bilmək istəyirəm. Kim qaz çəkməyib, kömür təminatı üçün çalışmayıb, kim bizi tamamilə bərbad vəziyyətə salıb bilməliyik. İndi yüksək səviyyəli məmurlar deyir ki, enerji böhranı var, amma bunu onlar yaradıblar. İndi nə edirlər? Belarusun qarşısında diz çöküb yalvarırlar ki, bizə fövqəladə axınlar verin. Əgər temperatur mənfi 10 dərəcə və daha aşağı olarsa və bu, ən azı iki həftə davam edərsə, burada ciddi problemlərimiz olacaq. Ona görə də demək istəyirəm ki, enerji böhranı yaranıb”, deyə Timoşenko bildirib.

Xatırladaq ki, Ukraynanın "Həyat üçün - Müxalifət Platforması" partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçuk bir müddət əvvəl bildirib ki, Ukraynada enerji böhranı yaranıb, çünki ölkə əhalini və müəssisələri enerji resursları ilə təmin etməyə hazır deyil. Timoşenko bundan əvvəl də Ukraynada tammiqyaslı enerji böhranının baş verdiyini və enerji sektorunda fövqəladə vəziyyətin tətbiqinin zəruri olduğuna inandığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.