Parisi dağıdırlar - Etirazın ildönümünü "layiqli" qeyd elədilər

21-11-2021, 00:00           
Parisi dağıdırlar -
"Sarı jiletlilərin" Parisdəki etiraz aksiyasında qarışıqlıq düşüb. Gənclər hüquq mühafizəçilərinə butulka atıblar, polislər isə buna gözyaşardıcı qazla cavab veriblər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Fransa İqtisadiyyat Nazirliyinin binasının yanından başlayan yürüşdə "sarı jiletlilər" və sanitar icazə kağızlarına etiraz edənlərlə yanaşı, üzlərini qara maska ilə örtmüş qara geyimli adamlar da var. Bu adamlar polisləri təhrik edir və əllərinə keçəni dağıdırlar.
Xuliqanlar yürüşün marşrutu üzərində olan avtobus dayanacağını sındırıblar. Aksiya iştirakçılarının bir hissəsi marşrutdan yayınmağa çalışıb, ancaq polis onların yolunu kəsib. Yürüş bir müddət dayandırılsa da, hazırda davam edir.
"Sarı jiletlilərlə" yanaşı, Parisdə digər narazıların da aksiyaları planlaşdırılıb. İndilərdə Respublika meydanında qadınlara qarşı məişət və seksual zorakılıq əleyhinə aksiya başlamalıdır.
"Sarı jiletlilər" bu gün yaradılışlarının üçüncü ildönümünü qeyd edirlər. Onların genişmiqyaslı aksiyaları 2018-ci il noyabrın 17-də başlanmışdı. Onlar yanacaq və benzinə görə verginin artırılmasına qarşı çıxırdılar. Sonra buna digər - həm sosial, həm siyasi - tələblər də əlavə olundu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru