ÜST Avropada yarım milyon insanın koronavirusdan ölə biləcəyi barədə xəbərdarlıq edib

21-11-2021, 08:47           
ÜST Avropada yarım milyon insanın koronavirusdan ölə biləcəyi barədə xəbərdarlıq edib
Avropa ölkələri məhdudlaşdırıcı tədbirləri sərtləşdirməsə, mart ayına qədər bu regionda daha 500 min insan koronavirusdan ölə bilər.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Klüqe Böyük Britaniyanın "BBC" Yayım Korporasiyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, infeksiyanın yayılmasına qış mövsümü, qeyri-kafi peyvənd olunma səviyyəsi və daha çox yoluxucu "delta" ştammının regionda üstlük təşkil etməsi kimi amillər təsir edir:

"COVID-19 yenidən bölgəmizdə bir nömrəli ölüm səbəbinə çevrilib".

O qeyd edib ki, məcburi peyvəndləmə “son çarə” kimi qəbul edilməlidir, lakin bu məsələ ilə bağlı “hüquqi və ictimai müzakirələrin” aparılması “çox vaxtında” olardı. ÜST nümayəndəsi vurğulayıb ki, infeksiyaya qarşı mübarizənin başqa vasitələri var, məsələn, COVID-keçidləri, bunlar "azadlığın məhdudlaşdırılması deyil, fərdi azadlığımızı qorumaq üçün bir vasitə" kimi qəbul edilməməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru