Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başladı

21-11-2021, 10:52           
Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başladı
Bu gün Bakı vaxtı ilə saat 09:00-da Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.

Teleqraf.com xəbər verir ki, ölkədə təxminən 13 min, xaricdə isə 750 seçki məntəqəsi açılıb.

Bolqarıstanda 6,7 milyon vətəndaşın səsvermə hüququ var.

Seçicilər ikinci turda hazırkı prezidenti Rumen Radev və Sofiya Universitetinin rektoru Anastas Hercikov arasında seçim etməlidirlər.

Noyabrın 14-ü baş tutan İlk turda R.Radev 49,41 faiz (1 322 128 nəfər), A.Hercikov isə 22,82 faiz (610 710 nəfər) səs toplayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.