İranda içməli suya görə etirazlar başlandı

22-11-2021, 07:02           
İranda içməli suya görə etirazlar başlandı
İranın cənub-qərbində yerləşən Çaharmahal və Bəxtiyariyə əyalətinin inzibati mərkəzi sayılan Şəhrikürd şəhərinin sakinləri içməli suyun olmaması səbəbindən qubernatorun iqamətgahı qarşısında nümayiş təşkil ediblər.

Axar.az xəbər verir ki, bu barədə "IRIB" dövlət kanalı məlumat yayıb.

Məlumata görə, susuzluğa səbəb yağıntıların olmaması və ölkədə son 50 ilin ən pis quraqlığın yaşanmasıdır.

Qeyd edək ki,İsfahan şəhərində də yüzlərlə fermer şəhərin yeganə çayı olan Zayanderudun quruması ilə bağlı aksiya keçirib. İran prezidenti İbrahim Rəisi şəhərdə içməli su çatışmazlığı problemini aradan qaldırmaq üçün energetika nazirini İsfahana göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru