Polşa: Mafiya Lukaşenkoya yardım edir

22-11-2021, 08:03           
Polşa: Mafiya Lukaşenkoya yardım edir
Avropa ölkələrinə giriş etmək istəyən on mindən çox miqrant Belarusda qalıb.

Axar.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski deyib.

O vurğulayıb ki, fürsətdən istifadə edib vətənə qayıdan insanlar bu vəziyyətin ümidsizliyini, Lukaşenka rejimi və qaçaqmalçılar tərəfindən aldandıqlarını görənlərdir.

Baş nazir onu da bildirib ki, sərhəd böhranı başlayandan bəri Polşa hakimiyyəti insan qaçaqmalçılığı ilə məşğul olan 400-ə yaxın adamı saxlayıb:

"Bunlar Qərbi Avropa, Yaxın Şərq də daxil olmaqla, müxtəlif millətlərdən olan şəxslərdir. Aydındır ki, beynəlxalq mafiya Lukaşenkoya sərhəddəki siyasi böhranda bu bədbəxt insanlardan istifadə etməkdə kömək edir".

Qeyd edək ki, bundan əvvəl 430 insan Belarusdan İraqa təxliyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru