Saakaşvilinin tərəfdarları Tbilisidə canlı zəncir yaradıb Tarix: Bu gün, 17:29 | Çap et

23-11-2021, 18:30           
Saakaşvilinin tərəfdarları Tbilisidə canlı zəncir yaradıb Tarix: Bu gün, 17:29 | Çap et
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində canlı zəncir təşkil olunub.

“Report”un yerli bürosu xəbər verir ki, keçmiş prezident Mixeil Saakaşvilinin tərəfdarları və ictimai fəalların qatıldığı simvolik aksiya “Qızılgül inqilabı”nın 18-ci ildönümünə həsr edilib.

Canlı zəncir Azadlıq meydanından keçmiş “Qızılgül”, indiki Birinci Respublika meydanına qədər uzanıb.

Əl-ələ tutan iştirakçılar "Mişa!" şüarı səsləndirərək M.Saakaşviliyə bu günə görə təşəkkür ediblər.

Aksiyanın məqsədi 23 noyabr tarixinin əhəmiyyətini və dəyərini xatırlatmaqdan ibarət olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru