Ukrayna ordusu Rusiya ilə sərhəddə təlimlər keçirəcək

24-11-2021, 08:43           
Ukrayna ordusu Rusiya ilə sərhəddə təlimlər keçirəcək
Ukraynanın Xarkov vilayətinin başçısı vəzifəsini icra edən Aleksandr Skakun bildirib ki, Ukrayna ordusu gələn həftə Rusiya ilə sərhəd yaxınlığında təlimlər keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Censor.net” nəşri məlumat yayıb.

Onun sözlərinə görə, təlimdə üç mindən çox hərbçi iştirak edəcək.

“Bütün bunlar dövlət sərhədinin mühafizəsi fəlsəfəsinə uyğundur. İlk dəfədir ki, biz onlarla sərhəddə ərazi müdafiəsi ilə bağlı işimizdən danışırıq. Belə təlimlər olacaq”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru