“Türkiyə PUA-sı anlayışı yoxdur, “Bayraktarlar”lar Ukrayna ordusunundur” - XİN rəhbəri

30-11-2021, 00:09           
“Türkiyə PUA-sı anlayışı yoxdur, “Bayraktarlar”lar Ukrayna ordusunundur” -
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyə istehsalı “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) ölkə ordusunda istifadəsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, video-konfrans formatında əcnəbi jurnalistlərin suallarını cavablandıran Ukrayna XİN rəhbəri deyib ki, Türkiyə PUA-sı anlayışı yoxdur.

“Bunlar Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarıdır. Biz onları Türkiyədən almışıq”, - ukraynalı nazir vurğulayıb.

Onun sözlərinə görə, Rusiya təmas xəttinə öz hərbi qüvvələrini və silah-sursatlarını yığıb: “Rusiya təmas xəttinə haubitsa toplarını gətirir. Onların atəşi nəticəsində bizim bir hərbçimiz həlak oldu. Bu cür silahların istifadəsi Minsk razılaşmasının aşkar şəkildə pozulmasıdır. Rusiya haubitsalardan istifadə edərək ordumuzun mövqelərini atəşə tuturdu. Bütün xəbərdarlıqlara baxmayaraq, bu hücum davam edirdi və nəticədə Ukrayna ordusunun müvafiq komandanlığı həmin mövqelərə dəqiq zərbələr endirmək barədə əmr verdi".

D. Kuleba qeyd edib ki, cavab hücumu nəticəsində nə Rusiya hərbçisi, nə də separatçı qüvvələrin canlı qüvvəsi həlak olub: “Dəqiq zərbələrlə yalnız bizim mövqelərə atəş açan haubitsalar məhv edilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru