İranın nüvə proqramına dair danışıqlar gələn həftə davam edəcək

4-12-2021, 16:34           
İranın nüvə proqramına dair danışıqlar gələn həftə davam edəcək
İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) dair Vyanada aparılan danışıqlar gələn həftə davam edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov jurnalistlərə bildirib.

Xatırladaq ki, İranın irəli sürdüyü tələblərin Almaniya, Fransa, Böyük Britaniya tərəfindən narazılıqla qarşılanması səbəbindən dünən danışıqlar dayandırlıb. Belə ki, Avropa rəsmilərinin 70-80 faizi razılaşdırılmış hesab etdikləri mətndə İran nümayəndə heyəti tərəfindən əhəmiyyətli dəyişikliklər təklifi irəli sürüldüyü bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.