Ukrayna PUA istehsalı zavodunun tikintisini elan etdi

7-12-2021, 08:48           
Ukrayna PUA istehsalı zavodunun tikintisini elan etdi
Ukrayna prezidenti Vladimir Zelenski ölkənin müasir hərbi pilotsuz təyyarələrin istehsalı üzrə zavodunun tikintisinə başladığını elan edib.

"Biz müasir hərbi pilotsuz təyyarələrin istehsalı üzrə zavodumuzun tikintisinə başlayırıq", - o, Xarkovda Ukrayna Silahlı Qüvvələrinin 30 illiyi münasibətilə çıxış edərkən deyib.

Sentyabrda Ukrayna Müdafiə Nazirliyi Türkiyənin təyyarə istehsalçısı "Baykar Makina" rəhbərliyi ilə danışıqlar apardığını elan edib. Danışıqlarda Ukrayna ərazisində pilotsuz sistemlərinin istehsalının mümkünlüyü məsələsi müzakirə olunub. /virtualaz.org/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru