Bayden Putinlə görüşdən əvvəl Avropadan olan həmkarları ilə məsləhətləşəcək

7-12-2021, 07:45           
Bayden Putinlə görüşdən əvvəl Avropadan olan həmkarları ilə məsləhətləşəcək
ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə zəng etməzdən əvvəl koordinasiya üçün avropalı həmkarları ilə danışacaq. “Report” xarici mətbuata isitinadən xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi jurnalistlərə deyib.

“Sabah prezident Bayden və prezident Putin arasında videozəng formatında görüş olacaq. Bu gün prezident Avropadan olan əsas müttəfiqləri ilə danışıqlar aparacaq”, - ABŞ administrasiyasının rəsmisi bildirib.

Bundan başqa, ABŞ dövlət katibi Entoni Blinken videozəng formatında baş tutacaq görüşdən əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparacaq, Bayden isə görüşdən sonra Ukrayna lideri ilə telefon əlaqəsi saxlayacaq.

ABŞ rəsmisi vurğulayıb ki, ABŞ Rusiya və NATO arasında müzakirələri dəstəkləməyə hazırdır, lakin Moskvanın “qırmızı xətləri”nə qarşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru