ABŞ və Avropa Birliyi Rusiyanın banklarına sanksiya tətbiq edəcək

7-12-2021, 13:13           
ABŞ və Avropa Birliyi Rusiyanın banklarına sanksiya tətbiq edəcək
ABŞ və Avropa Birliyi Rusiyanın ən böyük banklarına və Rusiyanın Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları nəzərdən keçirir.

Modern.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, məhdudiyyətlər Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə tətbiq olunacaq. Xüsusilə, bu sanksiyalarla rublun dollara, avroya və ya funt-sterlinqə çevrilməsini əngəlləmək mümkündür.

Ən böyük sanksiya isə Rusiyanın “SWİFT” beynəlxalq ödəniş sistemindən çıxarılması ola bilər, lakin agentlik bu addımın sadə vətəndaşlara da ziyan vura biləcəyini bildirib.

Agentlik bildirib ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə dekabrın 7-nə planlaşdırılan danışıqlarda sanksiyalar məsələsinə toxuna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru