Ermənistan MN-in baş katibini vəzifəsindən azad ediblər?

8-12-2021, 11:49           
Ermənistan MN-in baş katibini vəzifəsindən azad ediblər?
Ermənistan Müdafiə Nazirliyi “təcrübəli” kadrlardan qurtulmağa davam edir. Ordu.az “168.am” nəşrinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin baş katibi Artur Sarkisyanı vəzifəsindən azad ediblər.

Yeri gəlmişkən, Nikol Paşinyan 2020-ci il iyulun 27-də Sarkisyanın 2020-ci ilin birinci yarısı üzrə hesabatının müsbət nəticəsini əsas götürərək Artur Sarkisyanı mükafatlandırmışdı.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin administrasiyasının katibliyinin rəisi-baş katibin müavini Suren Poğosyan da vəzifəsindən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru