Səudiyyə ABŞ-dan kömək istədi - "Silahımız tükənir..."
9-12-2021, 11:15
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinin sursatları, eləcə də “Patriot” raketləri tükənmək üzrədir.
EDNews.net “Vol Strit” jurnalına istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanı bununla bağlı ABŞ və Avropa başda olmaqla müttəfiqlərindən təcili kömək istəyib.
Belə ki, yerli mənbələr Yəməndən husilər tərəfindən PUA və digər vasitələrlə edilən hücumların qarşısının alınmasında istifadə olunan “Patriot” raketlərinin bitmək üzrə olduğunu qeyd ediblər. Ötən ay husilər tərəfindən Səudiyyə Ərəbistana 29 PUA və 11 ballistik raket hücumu edilib. Bu, əvvəlki aylarla müqayisədə qat-qat çoxdur.