İtaliyada vaksin sertifikatı olmadan ictimai nəqliyyatdan istifadə edənlər cərimələnirlər

9-12-2021, 07:22           
İtaliyada vaksin sertifikatı olmadan ictimai nəqliyyatdan istifadə edənlər cərimələnirlər
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunub.
İtaliyada dekabrın 6-dan qüvvəyə minən yeni qaydalar çərçivəsində vaksin sertifikatı olmadan ictimai nəqliyyatdan istifadə edənlər cərimələnirlər. Bu barədə Teref.az AZƏRTAC-a istinadən xəbər verir.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən gün polis 132 min 807 nəfərin sənədlərini yoxlayıb. Onlardan 611-i vaksin sertifikatı olmadığı, 3535 nəfəri isə tibbi maskadan istifadə etmədiyi üçün sanksiyaya məruz qalıb.
Qeyd edək ki, “Super yaşıl keçid kartı” (“Super green pass”) adlandırılan yeni qaydalar yanvarın 15-dək qüvvədə olacaq.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru