Yaponiyada yaşlı sürücü avtomobili bağça uşaqlarının üstünə sürüb: Onlarla xəsarət alan var

10-12-2021, 08:16           
Yaponiyada yaşlı sürücü avtomobili bağça uşaqlarının üstünə sürüb:
Yaponiyanın Hiqasiura şəhərində avtomobil bir neçə bağça uşağını vurub.

İnsident nəticəsində azı 10 azyaşlı xəsarət alıb.

Xəsarət alan uşaqlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onların ciddi xəsarət almadığı bildirilir.

Qəzanı törədən 70-80 yaş aralığında olan sürücü də xəstəxanaya yerləşdirilib.

Onun özünü pis hiss etdiyi və yol-nəqliyyat hadisəsinin də məhz bu səbəbdən meydana gəldiyi qeyd olunur.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Mənbə: Asahi nəşri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru