ABŞ və Rusiya arasında Kuba böhranı təkrarlanır

10-12-2021, 09:15           
ABŞ və Rusiya arasında Kuba böhranı təkrarlanır
Rusiya və ABŞ arasında son gərginlik fonunda Kuba raket böhranı təkrarlana bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Gərginlik belə davam edərsə, bir gün oyananda özümüzü oxşar vəziyyətdə görə bilərik", - o söyləyib.

Ryabkov qeyd edib ki, Kubadakı ssenari təkrarlanarsa, bu, diplomatiya və xarici siyasətin iflası olacaq.

O, hələ də problemlərin həlli üçün vaxtın olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru