Ukrayna gəmisi Kerçə üzdü - Rusiya hərəkətə keçdi

10-12-2021, 09:27           
Ukrayna gəmisi Kerçə üzdü -
Kerç boğazına istiqamətlənən Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus “Donbas” gəmisi geri qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, gəmi heyəti sorğulara cavab vermir.

FTX ekipajın bu addımını provokasiya və naviqasiya təhlükəsizliyinə təhdid kimi dəyərləndirib.

Qeyd edək ki, bundan öncə Rusiya xüsusi xidmət orqanı “Donbas” gəmisinin Rusiya qanunvericiliyinə müvafiq olaraq xəbərdarlıq etmədən Azovdan Kerç boğazına istiqamət alması barədə məlumat yaymışdı.

Ukrayna ordusu isə gəminin beynəlxalq sularda üzdüyünü, heç bir pozuntuya yol vermədiyini bildirmiş, silahsız gəmidən Rusiyanın bu qədər təşvişə düşməsini anlamadığını vurğulamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru