Erməni “silah baronu” Paşinyanın əlində alətə çevrilib

10-12-2021, 11:40           
Erməni “silah baronu” Paşinyanın əlində alətə çevrilib
“Hamıya aydın idi ki, müharibənin fəakətli nəticələrinin və uşaqlarımızın ölməsinin bir ili ərəfəsində ictimai əhval ruhiyyələr kəskinləşirdi, artıq Paşinyan əvvəlki kimi sərbəst şəkildə gəzə, Yerablurda dəstək nümayişləri səhnələşdirə bilmir, buna görə də yeni, qalmaqallı tədbirlər, yeni günahkarların təyin edilməsi mümkün idi”. Ordu.az xəbər verir ki, bunu “Past” nəşrində dərc olunan məqalədə müəllif yazıb.

Nəşrin məqaləsində bildirilir ki, “Patron Davo” ləqəbli Davit Qalstyana gəlincə, hakimiyyət dara düşür, necə deyərlər, o, hakimiyyət üçün hazır hədəfdir.

“Silah idxal edən, yəni iş adamı öz məhsulunu gətirir, nazirlik onu yoxlayır, ölkənin ali rəhbərliyinin istəyi ilə məhsulu ya qəbul edir, ya da qəbul etmir. İndi müharibə günahkarlarını təyin edərkən kim həyəcan təbili çalmırsa, o adamı həbs edir, cinayət işləri açır. Yoldaşlar, “yuxarı”larda əvvəlki günahkarlıq dərəcəsini müəyyənləşdirin, sonra tacirləri təqib etmək istəyinizə keçin. Silahı gətirən şəxs bu işdə ən aşağı məsuliyyət halqasıdır, demək olar ki, bu, sadəcə şounun bir hissəsidir, çünki silah gətirib, nazirlik müdafiə üçün müddətin kifayət etmədiyini düşünüb, qəbul etməyib. Bu adamın gətirdiyi silahı almayın və öz bazarlarınıza görə onu günahkar təin etməyin”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.