YENİ İLDƏN GÜRCÜSTANDA ƏHALİNİN ÇİPLƏNMƏSİNƏ BAŞLANILIR… - Dərialtı çipləri «iPlus» elektron mağazalardan almaq mümkün olacaq

10-12-2021, 16:10           
YENİ İLDƏN GÜRCÜSTANDA ƏHALİNİN ÇİPLƏNMƏSİNƏ BAŞLANILIR… -
2022-ci ilin mart ayından etibarən Gürcüstandakı «iPlus» elektron mağazalarında dərialtı çip əldə etmək mümkün olacaq.

Qafqaz.media Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, "BioHax International" tərəfindən istehsal olunan çiplər sağ və ya sol əlin baş barmağının dərisinin altına yapışdırılır və giriş qapıları, avtomobillərin, dayanacaqların və s. üçün müxtəlif növ qapıların elektron açarları kimi istifadə edilə bilər.

"iPlus"un verdiyi məlumatına görə, "BioHax" çiplərindən dünyada 30 000-ə qədər insan istifadə edir.

"CGTN"in məlumatına görə, İsveçin “BioHax” şirkətinin təsisçisi Covanni Osterlunddur və dərialtı çiplər Çində hazırlanır.

“Çip sadə RFID sistemi ilə proqramlaşdırılıb, lakin onun böyük imkanları var. Biz sizə yalnız məhsullarımızın satışı və rahatlığınız üçün maraqlı olan imkanlar çeşidini təklif etmək səlahiyyətinə malikik”, - deyə "iPlus"un məlumatında vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru