Erməni deputat: “Hakimiyyətiniz minlərlə tabutu Yerablura gətirib, hansı tabutdan danışırsınız?”
10-12-2021, 17:36
“Siyasi xadimlərin pəncərələrinin altında dəfnlər təşkil etməklə, çələnglər gətirməklə, “lenta”lar bağlamaqla hakimiyətə gələn bir siyasi qüvvə təhqiri kriminallaşdıran qanun layihəsi gətirməsəydi, hər şey normal olardı”. Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı “Şərəfim var” fraksiyasının deputatı Hayk Mamicanyan deyib.
Onun sözlərinə görə, çələng, lənət və feyklərlə hakimiyyətə gələnlər elə də gedəcəklər.
“Hakimiyyətiniz minlərlə tabutu Yerablura gətirib, siz gəlib burada hansı tabutdan danışırsınız?”, - deyə Mamicanyan iqtidar tərəfdarı olan erməni deputatlara müraciət edərək bildirib.