Pentaqon Əfqanıstanda "Əl-Qaidə" döyüşçülərinin artdığını bildirib

10-12-2021, 18:17           
Pentaqon Əfqanıstanda "Əl-Qaidə" döyüşçülərinin artdığını bildirib
Eastnews.org-un verdiyi xəbərə görə, “Əl-Qaidə” terror təşkilatının Əfqanıstandakı döyüşçülərinin sayı ABŞ qoşunlarını avqustun sonunda ölkədən çıxardıqdan sonra artdığı ehtimal edilib.

Bu barədə ötən gün “Associated Press” agentliyinə müsahibəsində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kennet Makkenzi bildirib.

“Düşünürəm ki, onların sayı (Əfqanıstanda) bir qədər artıb. Orada (Əl-Qaidə) varlıq var. Biz hesab edirdik ki, bu münaqişənin sonunda (ABŞ-ın bu ölkədəki hərbi əməliyyatının başa çatması) xeyli azalıb. Düşünürəm ki, bəzi insanlar yəqin ki, (Əfqanıstana) qayıdıblar. Amma bu, bizim izlədiyimiz “mövzulardan” biridir. Mən indi dəqiq rəqəm söyləməyə hazır deyiləm”, - deyə general bildirib. General əlavə edib ki, Əfqanıstan sərhəddində etibarlı təhlükəsizliyin olmaması “Əl-Qaidə” döyüşçülərinin Əfqanıstana qayıtmasına imkan verir və onlar bunu ediblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru