Ermənistanda müxalif blokun rəhbəri həbs edildi

11-12-2021, 00:08           
Ermənistanda müxalif blokun rəhbəri həbs edildi
Ermənistanın “Birləşmiş Vardenis” müxalif blokunun rəhbəri, Vardenisin keçmiş meri Aram Arutyunyan həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a onun vəkili Bakur Ohanyan bildirib.

O qeyd edib ki, bu qərar müxalifətin birləşərək hakim “Vətəndaş müqaviləsi” partiyasına Vardenisə öz merini seçmək imkanı verməməsinə görə qəbul edilib. Ohanyanın sözlərinə görə, qərardan apellyasiya şikayəti verəcəklər.

Xatırladaq ki, Arutyunyan dünən saxlanılıb. İstintaq Komitəsi bildirib ki, Arutyunyana qarşı irəli sürülən cinayətlər onun 2004-2017-ci illər ərzində sosial yardım xidmətinin Vardenis ərazi idarəsinin rəisi kimi fəaliyyəti ilə bağlıdır. Keçmiş mer vəzifə səlahiyyətlərindən açıq-aşkar sui-istifadə, dələduzluq və sənədlərin saxtalaşdırılması ilə ittiham olunur. O, 231,9 milyon dram (təxminən 465 min dollar) mənimsəmədə günahlandırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru