Bakıda doğulmuş afrikalı milyarderin ABŞ-a girişi qadağan edildi

11-12-2021, 07:33           
Bakıda doğulmuş afrikalı milyarderin ABŞ-a girişi qadağan edildi
ABŞ Dövlət Departamenti Anqolanın keçmiş prezidentinin Bakıda anadan olmuş qızı İzabel duş Santuşa qarşı məhdudiyyətlər tətbiq edib.

Belə ki, onun ABŞ-a girişinə qadağa qoyulub.

Vaxtilə “Forbes” jurnalının Afrikanın ən zəngin adamları siyahısında yer alan xanım dövlət vəsaitlərini şəxsi məqsədlər üçün mənimsəməkdə ittiham edilib.

Qeyd edək ki, İzabel duş Santuş 1979-2017-ci illərdə Anqolanın prezidenti olmuş Xose Eduardo duş Santuşun qızıdır. O, 1973-cü ildə atasının təhsili ilə əlaqədar Bakıda anadan olub. Xanım, həmçinin Rusiya vətəndaşlığına da sahibdir.

2013-cü ildə “Forbes” İzabeli Afrikanın ən varlı qadını adlandırıb və onun sərvətini 3,5 milyard dollar dəyərində qiymətləndirib. Nəşrin məlumatına görə, 2020-ci ilin ortalarında bu məbləğ 1,4 milyard dollaradək azalıb. 2021-ci ilin yanvarında jurnal onu siyahısından çıxarıb. Bu, duş Santuşun 2019 və 2020-ci illərdə Anqola və Portuqaliyadakı aktivlərinin ona qarşı açılan cinayət işlərinin bir hissəsi olaraq dondurulması səbəbindən baş verib.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru