Merkelin fotosu faşist liderlərin plakatları ilə yanaşı asıldı - FOTO

11-12-2021, 08:24           
Merkelin fotosu faşist liderlərin plakatları ilə yanaşı asıldı - FOTO
Polşanın paytaxtı Varşavada Almaniyanın keçmiş kansleri Angela Merkelin fotosu Adolf Hitler və Yozef Gebbelsin şəkillərinin əks olunduğu plakatlarla yanaşı asılıb.

Yerli kütləvi informasiya vasitələri xəbər verir ki, sözügedən təşəbbüs qalmaqallı polşalı rəssam Voytsex Korkuç tərəfindən həyata keçirilib.

Rəssam bununla Almaniyanın yeni xarici işlər naziri Annalena Berblokun Polşaya səfərinə etirazını ifadə edib.

Xatırladaq ki, Polşa İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan 900 milyard dollar məbləğində kompensasiya tələb edir.

Mənbə: N-TV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru