Çində partiya üzvlərinə yeni tələb: Ən azı üç uşaq dünyaya gətirməlidirlər

11-12-2021, 08:55           
Çində partiya üzvlərinə yeni tələb: Ən azı üç uşaq dünyaya gətirməlidirlər
Çin Kommunist Partiyasının (ÇKP) üzvlərinə qarşı ölkədə doğuş qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi səbəbindən yeni tələb irəli sürülüb.

Dövlət mediasının yaydığı məlumata görə, bundan sonra partiya üzvlərinin ailələrində ən azı üç uşaq dünyaya gəlməlidir.

“Heç bir partiya üzvü evlənmədiyi və ya uşaq sahibi olmadığı, eləcə də yalnız bir və ya iki uşaq dünyaya gətirdiyi üçün obyektiv və ya subyektiv bəhanələr gətirməməlidir”, - deyə məlumatda bildirlib.

Qeyd edək ki, hazırda ÇKP-də ölkədəki demoqrafik siyasətlə bağlı ciddi müzakirələr aparılır.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru