Argentinada yeniyetmənin polis tərəfindən öldürülməsinə görə etirazlar başlayıb

11-12-2021, 09:15           
Argentinada yeniyetmənin polis tərəfindən öldürülməsinə görə etirazlar başlayıb
Argentinanın Buenos-Ayres əyalətinin Miramar şəhərində 16 yaşlı Lusiano Oliverin polis zabiti tərəfindən güllələnməsindən sonra etirazlar başlayıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, şəhər sakinləri küçələrdən birinə toplaşaraq hadisənin hərtərəfli araşdırılmasını və Buenos-Ayres polis məmuruna qarşı ədalətin bərqərar olmasını tələb ediblər.

Aksiya dinc şəkildə başlayıb, sakinlər, o cümlədən qətlə yetirilən yeniyetmənin dostları, qohumları və tanışları alqışlarla ictimaiyyəti və dövlət qurumlarını hadisəyə diqqət yetirməyə çağırıblar.

Lakin daha sonra etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına, eləcə də polis bölməsinin binasına daş atmağa baışlayıblar. Polis kütləni rezin güllələr və gözyaşardıcı qazla dağıtmağa çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru