İsraildə ehtiyatda olan minlərlə hərbçi təlimə çağırıldı

12-12-2021, 00:08           
İsraildə ehtiyatda olan minlərlə hərbçi təlimə çağırıldı
İsrail ordusu ölkənin cənubunda hərbi təlimlərə başlayır.

Axar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.

"Təlim zamanı bütün ölkə ərazisində qüvvələrin sürətli hərəkəti, silah və ağır hərbi texnikanın daşınması həyata keçiriləcək. Təlimlərdə minlərlə ehtiyatda olan hərbçi də iştirak edəcək. Onlar yaxın saatlarda hərbi xidmətə çağırılacaq və qeydiyyata alınacaqlar", - məlumatda qeyd olunub.

Vurğulanıb ki, təlimin keçirilməsində məqsəd istənilən ssenariyə hazırlığı yüksək səviyyədə saxlamaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru