Bezos daha bir ilkə imza atdı: Kosmosa üçüncü uçuş...

12-12-2021, 07:00           
Bezos daha bir ilkə imza atdı:
Ceff Bezosa məxsus "Blue Origin" kosmik tədqiqat şirkəti daha bir yeni "çığır" açıb.

Axar.az xəbər verir ki, şirkət tərəfindən hazırlanmış “New Shepard” raketi ABŞ-ın Texas ştatından buraxılıb və kosmosa üçüncü turistik uçuşunu həyata keçirib.

NS-19 adlı uçuş təxminən 11 dəqiqə çəkib, 6 nəfərlik ekipaj isə ilk dəfə kosmosa göndərilib. Uçuşda iştirak edən heyət arasında ilk amerikalı və kosmosa göndərilən ikinci şəxs Alan Şepardın qızı Laura Şepard Çörli də olub.

Şepardı keçmiş amerikalı futbolçu və televiziya aparıcısı Maykl Strahan, kosmik sənayenin investoru Dilan Teylor, investor Evan Dik, Bess Ventures şirkətinin qurucusu Leyn Bess və oğlu Kemeron Bess müşayiət edib.

Bess və oğlu kosmosa göndərilən ilk valideyn-övlad kimi tarixə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru