Mark Medouzun 2020-ci il prezident seçkiləri ilə bağlı ekstremal fəaliyyət planı MƏXFİ SƏNƏDLƏR ÜZƏ ÇIXIR...

12-12-2021, 07:16           
Mark Medouzun 2020-ci il prezident seçkiləri ilə bağlı ekstremal fəaliyyət planı MƏXFİ SƏNƏDLƏR ÜZƏ ÇIXIR...
Konqresin Nümayəndələr Palatasının Kapitoliyə hücumunu araşdıran Komitəsi, 2020-ci il prezident seçkilərinin nəticələrini dəyişdirmək üçün Ağ Evin keçmiş aparat rəhbəri Mark Medouzun verdiyi ekstremal fəaliyyət planını öyrənir. Bu barədə RİA Novosti “New York Times”-a istinadən xəbər verir.

Məxfi sənədlərə əsasən, Trampa seçki nəticələrinin təsdiqini təxirə salmaq üçün fövqəladə vəziyyət elan etmək tövsiyə olunub. Bununla yanaşı, həmin plana əsasən, əksər ştatlarda səsvermə infrastrukturu Venesuela və Çin tərəfindən idarə olunduğu haqda bəyanat da verilməli idi.

Medouzun vəkili deyib ki, Medouz təqdimatı elektron poçtla alıb və onunla heç bir əlaqəsi olmayıb. Nəşr həmçinin sənədi Trampın tərəfdarlarına kimin tərəfindən yayıldığı barədə də məlumat verir: “Seçkilərə qarşı hərəkatda nüfuzlu söz sahibi olan, istefada olan polkovnik Fil Uoldron bildirib ki, “Seçki saxtakarlığı, xarici müdaxilə və 6 Yanvar üçün seçimlər” başlıqlı sənəd Trampın tərəfdarları və hücumdan əvvəl Kapitoliya təpəsində yayılıb”.

“New York Times”-ın qeyd etdiyi kimi, Uoldron təqdimatı Medouza şəxsən verməyib, lakin bunu onun komandasından kiminsə verdiyini də istisna etməyib.

Nümayəndələr Palatasının yaratdığı komissiya 6 yanvar hadisələrini araşdırır. Həmin hadisələrdə Kapitoliyə hücumun iştirakçıları Trampın Demokratlar Partiyasının namizədi Co Baydenin prezident seçkilərində qələbəsini Konqres tərəfindən təsdiq edilməsini pozmağa cəhd ediblər. Tramp bu günə kimi Co Baydenin legitimliyini mübahisələndirir.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru