Polşa Avropa İttifaqını hədələyir

13-12-2021, 07:08           
Polşa Avropa İttifaqını hədələyir
Polşanın ədliyyə naziri Zbiqnev Zebro bildirib ki, əgər Brüssel subsidiyaları azaldarsa, respublikanın Avropa İttifaqının büdcəsinə ödənişi dayandıracağı istisna deyil. Nazir bu barədə “Financial Times”-a bildirib.

Zbiqnev Zebro bu barədə belə deyir:“Polşa yekdil qərar tələb edən bütün məsələlərdə Aİ-nin şantajına veto ilə cavab verməlidir. Mübahisə davam edərsə, təşkilatın büdcəsinə ödənişlərin dayandırılmasını tələb edəcəm”.

Ədliyyə Nazirliyinin rəhbəri həmçinin ölkənin iqlim və enerji proqramlarında iştirakına yenidən baxılmasını təklif edib.

Onun fikrincə, Avropa İttifaqı Varşava üçün reallaşdırılmayan şərtlər irəli sürür. Bundan əlavə, Zebro Avropa rəhbərliyini Polşa hökumətini dəyişməyə cəhddə ittiham edib:

“Onların polyaklara açıq mesajı var: əgər indiki hökuməti dəstəkləsəniz, vəsait almayacaqsınız. Onlar qanunun aliliyinə əhəmiyyət vermirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru