Böyük Britaniya Əfqanıstana 100 milyon dollar humanitar yardım ayıracaq

13-12-2021, 08:21           
Böyük Britaniya Əfqanıstana 100 milyon dollar humanitar yardım ayıracaq
Britaniya hökuməti Əfqanıstan əhalisinə 70 milyon avro (cari kursla 100 milyon dollara yaxın) həcmində humanitar yardım ayıracaq.

Bu barədə Britaniya XİN-nin 11 dekabr tarixli xəbərində deyilir.

«Bu qış Birləşmiş Krallıq Əfqanıstana həyati əhəmiyyətli qaçılmaz humanitar yardım təqdim edəcək. Bu vəsaitin ayrılması barədə bu gün elan olunub və vəsait insanların həyatını xilas edəcək, qız və qadınların müdafiəsini təmin edəcək və bölgəyə köməyin sabitliyini təmin edəcək. Biz, bu niyyətdəyik ki, bütün mümkün olanları Əfqanıstanla bölüşək» - Forin ofisin başçısı Elizabet Trass qeyd edib.

O, həm də göstərib ki, Britaniya tərəfi 1,8 milyon sakinin ərzaq və tibbi vasitələrlə təmin edilməsini nəzərdə tutur. Oktyabrın sonunda Britaniya XİN elan edib ki, Əfqanıstana 50 milyon avro humanitar yardım göstərəcək.

Ümumdünya ərzaq proqramının direktou Devid Bislinin qeyd etdiyi kimi, ölkədə taliblərin hakimiyyətə gəlməsindən sonra aclıq 23 milyon Əfqanıstan sakinini hədələyir.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru