ABŞ-da “Omikron”a yoluxanların əksəriyyəti tam peyvənd olunub

13-12-2021, 08:51           
ABŞ-da “Omikron”a yoluxanların əksəriyyəti tam peyvənd olunub
ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) koronavirusun “Omikron” ştammı ilə yoluxmuş vətəndaşların əksəriyyətinin tam peyvənd olunduğunu bildirib.

CDC qeyd edilib ki, yeni ştama yoluxma hallarının 43-dən 34-də xəstələr COVID-19-a qarşı tam vaksinasiya olunub.

CDC, həmçinin əlavə edib ki, yoluxanların əksəriyyətində öskürək, burun tutulması və yorğunluq kimi yüngül simptomlar müşahidə olunur.

Qeyd edək ki, koronavirusun B.1.1.529 (“Omikron”) variantı noyabrın 11-də Cənubi Afrikada aşkar edilib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru