Reznikov: Merkel silah almağımıza mane oldu

13-12-2021, 08:17           
Reznikov:
Almaniyanın keçmiş kansleri Angela Merkel Kiyevin NATO vasitəsilə silah almasına mane oldu, kansler Olaf Şolzun yeni hökumətinin isə bu məsələdə mövqeyi hələ aydın deyil.

Axar.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

"Berlin keçən ay Ukraynanın PUA-ları məhv etmək üçün sistemlər və silahlar almasına veto qoyub. Baxmayaraq ki, sonradan Almaniya silahla bağlı mövqeyini yumşaltdı, onları hücum silahları kimi tanımadı", - deyə o, vurğulayıb.

Müdafiə Nazirliyinin rəhbəri iddia edir ki, Ukrayna ABŞ, İngiltərə, Litva və Fransa kimi müttəfiqləri ilə ikitərəfli razılaşmalar vasitəsilə silah əldə etməyə çalışacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru