Putin və Bayden şəxsən görüşəcək?-ABŞ-dan cavab
13-12-2021, 09:36

"ABŞ və Rusiya prezidentlərinin şəxsi görüşü inandırıcı deyil".
Cebhe.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NBC telekanalının efirində bildirib. O qeyd edib ki, Vladimir Putin və ABŞ Co Bayden arasında təkbətək görüş Ukrayna ətrafındakı vəziyyət nizamlanmayana qədər çox çətindir.
Blinkenin sözlərinə görə, eskalasiyanın olmadığı və gərginliyi azaltmaq üçün diplomatik yolun seçilmədiyi təqdirdə, bu, çox çətin görünür.
Diplomat vurğulayıb ki, ABŞ və müttəfiqləri Rusiyadan qoşunlarını Ukrayna ilə sərhəddən çıxarmasını, Donbassdakı münaqişənin həlli üçün avropalılarla və Ukrayna ilə diplomatik dialoqda yaxşı niyyətlə iştirak etməyigözləyir.
Xatırladaq ki, daha əvvəl Putinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Co Baydenin Ukraynaya müdaxilə halında Rusiyanı maliyyə təcridinə məruz qoyacağı ilə hədələdiyini təsdiqləyib. Bununla belə, görüşlə bağlı müəmmalar hələ də qalır. Bəzi mənbələr Baydenin Putinə bəzi məsələlərdə güzəştə getdiyini yazır.