Bill Qeytsdən koronavirusun başa çatacağı vaxtla bağlı YENİ PROQNOZ

13-12-2021, 11:42           
Bill Qeytsdən koronavirusun başa çatacağı vaxtla bağlı YENİ PROQNOZ
“Microsoft” şirkətinin qurucusu Bill Qeyts bildirib ki, koronavirusun yeni ştamları və əhalinin peyvənd edilməsində yaranan çətinliklər səbəbindən pandemiyanın sonu yaxın deyil.

KONKRET.az “Business Insider”ə istinadən xəbər verir ki, onun sözlərinə görə, COVID-19 pandemiyasının kritik mərhələsi 2022-ci ildə başa çatacaq.

“Başqa bir proqnoz vermək axmaqlıq ola bilər, amma düşünürəm ki, pandemiyanın kəskin mərhələsi nə vaxtsa 2022-ci ildə başa çatacaq”, – Qeyts deyib.

Milyarderin sözlərinə görə, 2022-ci ildə koronavirusun yayılması qlobal miqyas daşımayacaq, əksinə, yerli xarakter alacaq.

“Ümid edirəm ki, bir neçə il sonra hər payızda COVID-19 və qripə qarşı peyvənd olunduğunuz zaman virus haqqında düşünməli olacaqsınız”, – o əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.