ABŞ 8 dəqiqə Ermənistanın tərəfində vuruşacaq?

13-12-2021, 11:41           
ABŞ 8 dəqiqə Ermənistanın tərəfində vuruşacaq?
“Bizim “mütərəqqi” xadimlərimizin fikrincə, Rusiyanın bölgədən gedəcəyi təqdirdə, Ukraynadan fərqli olaraq, ABŞ onun NATO üzrə müttəfiqi Türkiyə və Türkiyənin müttəfiqi Azərbaycan bizə hücum edən kimi, 8 dəqiqə Ermənistanın tərəfində vuruşacaq”. Ermənistanın Xelsinki komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan öz “Facebook” səhifəsində belə paylaşım edib. AzVision.az xəbər verir ki, erməni hüquq müdafiəçisi Rusiya-Ukrayna münasibətlərinin kəskinləşməsi fonunda Ukraynaya psixoloji, maddi və hərbi dəstək göstərən ABŞ prezidenti Co Baydenin “Birləşmiş Ştatlar NATO üzrə istənilən müttəfiqinə qarşı hərbi münaqişədə iştirak etmək üçün qoşunlar göndərməyə hazır olduğuna diqqət çəkib. Ağ ev rəhbəri onu da bildirib ki, bu müqəddəs borcdur, amma Ukraynaya yox. İşxanyan belə bəyanatın qarşılığında bəzi erməni “xadimləri”nin fantaziyalarını tənqid edib.

- “Bizim “mütərəqqi” xadimlərimizə görə isə, Rusiya regiondan gedərsə, Ukraynadan fərqli olaraq, ABŞ onun NATO üzrə müttəfiqi Türkiyə və Türkiyənin müttəfiqi Azərbaycan bizə hücum edən kimi, 8 dəqiqə Ermənistanın tərəfində vuruşacaq”, - Avetik İşxanyan vurğulayıb.
Mənbə: Azvision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru