Norveçdə restoran və barlarda spirtli içki satışı qadağan edilib

14-12-2021, 09:15           
Norveçdə restoran və barlarda spirtli içki satışı qadağan edilib
Norveç hökuməti koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar iaşə obyektlərində spirtli içkilərin satışını qadağan etmək qərarına gəlib.

Trend-in məlimatına görə, bu barədə "The Local" xəbərlər saytı bildirib.

Bu tədbirlər ölkə daxilindəki barlara, restoranlara və klublara aid olacaq. Yeni məhdudiyyətlər dekabrın 15-dən qüvvəyə minəcək.

Həmçinin, Norveç hakimiyyəti uşaq bağçalarına və məktəblərə getmə məhdudiyyətlərini geri qaytaracaq, orta məktəb və universitet tələbələri qismən distant təhsilə göndəriləcək. Bundan əlavə, hökumət səhiyyə sisteminə təzyiqi azaltmaq üçün vətəndaşlardan mümkün olduqda evdən işləməyi xahiş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru