Jirinovski Donbasda yeni irimiqyaslı müharibənin başlama tarixini açıqladı

15-12-2021, 00:05           
Jirinovski Donbasda yeni irimiqyaslı müharibənin başlama tarixini açıqladı
LDPR lideri Vladimir Jirinovski bildirib ki, Ukraynanın şərqində genişmiqyaslı hərbi münaqişə gələn ilin fevralında, Qış Olimpiya Oyunları zamanı başlaya bilər.
TİA.AZ xəbər verir ki, o, bu barədə LDPR TV-nin efirində məlumat verib.
Siyasətçi hesab edir ki, Donbasda dinc əhali üçün təhlükə yaranarsa, Rusiya müdaxilə edib Ukrayna hərbçilərini dəf etməli olacaq. Eyni zamanda, o qeyd edib ki, Ukrayna qoşunlarını yalnız “DXR” və “LPR” ərazisindən çıxarmaq lazımdır, daha da irəli getməyə dəyməz, baxmayaraq ki, Moskva bunu “bacarır”.
“Bizim məqsədimiz Donbasın mülki əhalisini qorumaqdır, ona görə də biz Kiyevə və onların xaricdəki ağalarına sərt ultimatum verməliyik”, – Jirinovski bildirib.
Bundan bir qədər əvvəl ABŞ kəşfiyyatı Rusiya Federasiyasının 2022-ci ilin əvvəlində Ukraynaya qarşı “hücum əməliyyatı” hazırladığını bildirib. Moskva Qərbin bu bəyanatları vəziyyəti gərginləşdirmək üçün etdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru